Bu yollarda təmir işləri aparılır - XƏBƏRDARLIQ

09.10.2018 Nəqliyyat
Təmir və rənglənmə işləri aparılacaq.

"Kommersant.az" “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-133 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin yolun 16-30 və 50-65 -ci kilometrlik hissələrində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.