Arıları qoruma altına aldılar

5 İyun 20:32 Dünya
Təbii tərkibi ilə bilinən fransız dermokosmetik markası Nuxe dünyanın ən böyük layihələrindən birinə sponsor oldu.

"Kommersant" xarici mətbuata istinadən bildirir ki, məşhur firma nəsli tükənən heyvanları qorumaq üçün bir sıra addımlar atır. Buna görə də, bitkilərin tozlanmasında çox vacib rol oynayan arıların məhv olmasınının qarşısını almaq üçün Nuxe Luvr muzeyinin arı qoruma layihəsinə sponsor oldu.

Bu layihə çərçivəsində Luvr muzeyinin 23 hektarlıq baxçasında, yəni Parisin tam mərkəzində arı sığınacağı inşa edilib.

2018-ci ilin may ayından etibarən Nuxenin də köməkliyi ilə 250 kv.m çəmənlikdə arıların bal və mum hazırlaması üçün şərait yaradılıb.

Keçmiş kral sarayı olan Luvr 800 ildir ki Fransa tarixinin önəmli bir parçasıdır. 1793-cü ildən muzey kimi fəaliyyət göstərən saray sərgilədiyi kolleksiyası ilə Amerikadan Asiyaya qədər nəhəg ərazini və uzun bir dövrü əhatə edir.

  • Əvvəlki

    Bakıda əhalinin su ilə təchizatı 82%-ə çatıb

Digər xəbərlər

13 Noyabr 18:33 Dünya
Fransa ABŞ-a "haqsızlıq" edir
0 1
13 Noyabr 17:46 Dünya
ABŞ İrana pis örnək oldu
0 1
13 Noyabr 15:57 Dünya
Ən bahalı nahar yeməklərinin siyahısı
0 0
13 Noyabr 14:59 Dünya
Diqqət! İşsiz qala bilərsiniz
0 0