USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Göyçaylı kümçülər barama tədarükünün ilk günü 350 kiloqram məhsul təhvil veriblər

05.06.2018 İqtisadiyyat
0 0
İyunun 5-də Göyçay rayonunda barama tədarükünə start verilib.

"Kommersant" xəbər verir ki, Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, aprelin 29-da Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş 5940 qram (312 qutu) ipəkqurdu toxumu Göyçaya gətirilərək 108 kümçüyə paylanılıb. Bu da əvvəlki ildəkindən 4000 qram, yəni 2,5 dəfə çoxdur. Kəndlilər keyfiyyətli barama məhsulu əldə etmək üçün ötən dövrdə ipəkqurdlarını lazımi qədər tut yarpağı ilə təmin ediblər.

İyunun 4-də rayonda ipəkqurdlarının bəslənmə prosesi başa çatıb. Bu gün rayonun Alpoud, İnçə, Çərəkə, Bığır və Cəyirli kəndlərindən olan kümçülər barama tədarükünə başlayıblar və ilk gündə 350 kiloqram məhsul tədarük edərək, müqaviləyə əsasən "Şəki İpək" ASC-nin nümayəndələrinə təhvil veriblər. Bu il rayonda 15 ton barama tədarükü gözlənilir. Ötən il isə Göyçaya 1900 qram (100 qutu) ipəkqurdu toxumu gətirilərək 44 kümçüyə paylanmış və 5293 kiloqram barama istehsal olunmuşdu.

Qeyd edək ki, uzun illər fasilədən sonra 2016-cı ildə Göyçay rayonunda baramaçılığın inkişafı üçün tədbirlər görülməyə başlanılıb. Həmin il rayonda 17 kümçüyə 475 qram ipəkqurdu toxumu verilmiş və 1139 kiloqram barama tədarük olunmuşdu.

Çəkdikləri zəhmətin müqabilində əldə etdikləri qazancdan razı qalan göyçaylı kümçülər daha çox barama istehsal etmək və yem bazasını artırmaq üçün boş torpaqlarda yeni tut bağları salıblar. Son iki ildə Göyçayda 138 min ədəd Çindən gətirilən və 46 min ədəd yerli tut tingi əkilib.

  • Əvvəlki

    Arıları qoruma altına aldılar

Digər xəbərlər