Türkiyənin ən gözəl istirahət yeri olan Antalyanı bu ilin ilk 5 ayında 1 milyondan çox Rus turist ziyarət edib.
"Kommersant" Türkiyə mətbuatına istinadən bildirir ki, bu ilin yanvar-may aylarında Antalyaya gələn Rus turistlərin sayında 2017-ci ilin həmin dönəmi ilə müqayisədə 47 faiz artım müşahidə edilib.
Belə ki, təkcə may ayında Antalyanı 740 min rus turistin ziyarət etdiyi bildirilib.
Ruslardan sonra Antalyaya istirahətə gələn turistlərin arasında ən çox Almaniya, Ukrayna, İngilitərə, Hollandiya, Polşa və İsrail vətəndaşları yer alır.
Ümumilikdə bu il Türkiyəyə 6 milyon rusiyalı turistin gələcəyi gözlənilir