Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

06.06.2018 Hadisə
Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.

"Kommersant"ın “Report”un Şirvan bürosuna istinadən məlumatına görə, bu, Ağdam rayonunun İmamverdibəyli kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Rauf Akif oğludur.

Qeyd edək ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mollakənd kəndi ərazisindən keçən hissəsində baş verib. “Lada” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb.

  • Əvvəlki

    Antalyaya rekord sayda rusiyalı turist axın edib

Digər xəbərlər

VTB