Gürcüstanda hökumət başçısı istefa verib

4 İyul 15:08 Dünya
Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı Zurab Pataradze istefa verib.

Bu barədə o keçirdiyi brifinqdə bildirib.

Z. Pataradze istefası ilə bağlı qərarın hakim komandada qəbul edildiyini deyib. O, hakim “Gürcü arzusu” partiyasında qalacağını qeyd edib.

Hökumət başçısının vəzifəsini tərk etməsi səbəbindən Acarıstan MR-in nazirlər kabineti avtomatik olaraq istefaya göndərilib.

Qeyd edək ki, Z. Pataradze 2016-cı ilin iyulundan muxtar respublikanın hökumət başçısı vəzifəsini tutub. Bundan əvvəl o, Gürcüstanın Qazaxıstanda səfiri olub.

  • Əvvəlki

    Sahələr üzrə kredit qoyuluşları - SİYAHI

Digər xəbərlər

15 Oktyabr 18:55 Dünya
İrandan güc nümayişi
0 0
15 Oktyabr 12:24 Dünya
Ən ucuzu 35 min dollaradır
0 0
14 Oktyabr 13:03 Dünya
Kosmetik məhsullarda saxtakarlıq
0 0