Yaponiyada zəlzələ nəticəsində 300-ə yaxın insan zərər çəkib

07.09.2018 Dünya
Yaponiyanın Hokkaydo adasında zəlzələ nəticəsində zərər çəkənlərin sayı 300 nəfərə çatıb, ən azı 9 nəfər ölüb.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, yerli hökumət qurumları təqribən 30 nəfərin itkin düşdüyünü, 1900 nəfərin isə təxliyyə mərkəzlərində olduqlarını bildirirlər.

Ölkənin Müdafiə Nazirliyi xilasetmə işlərinə 25 min nəfər cəlb edib.