USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda “İnstagram” çökdü

03.10.2018 İqtisadiyyat
0 0
Səbəb həqiqətən budurmu?

"Kommersant.az" xəbər verir ki, məşhur sosial şəbəkələrdən olan "İnstagram" çöküb. Belə ki, artıq bir neçə dəqiqədir ki, şəbəkəyə daxil olmaq mümkün deyil.

Qeyd edək ki, problem yalnız ölkəmizdə yox, Rusiyada da yaşanır.

Xatırladaq ki, bir neçə gün əvvəl "İnstagram" qurucularının istefa xəbəri ilə gündəmə gəlmişdi. Bu çöküşün həmin hadisə ilə əlaqəsinin olub-olmaması şirkətin rəsmi açıqlamasından sonra məlum olacaq.