USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

8 min dollara - QAN KÖÇÜRMƏ

03.10.2018 İqtisadiyyat
0 0
Nyu-Yorkda fəaliyyətə başlayacaq klinikalardan birində gənclərin qanı yaşlılara köçürüləcək.

"Kommersant.az" xəbər verir ki, "Ambrosia Medical", prosedura görə, 8 min dollar alacaq. Xidmətin yaşlı insanların müxtəlif xəstəliklərdən qorunmağa yardım edəcəyi məqsədi ilə göstəriləcəyi bildirilir. Klinika 16-25 yaşlı donorların qanından istifadə etməyi planlaşdırır. Əldə edilən qan isə 35-92 yaşlı pasientlərə köçürüləcək. Sınaq 100 nəfər üzərində aparılacaq.

"Ambrosia Medical"ın bu ilin sonunda fəaliyyətə başlayacağı gözlənilir. Stenford Universitetinin nevroloqları isə müalicənin effektiv olacağına kliniki əlamətlərin olmadığını bildiriblər.