USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Çindən idxalın həcmini yanvarda 30% artırıb

21.02.2020 İqtisadiyyat
0 0
Bu ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 120 072,5 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 29 819,9 min dollar və ya 33% çoxdur.

"Kommersant.az" xəbər verir ki, APA-nın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu ilin yanvar ayında ixracın həcmi 3 309,3 min dollar və ya 2,2 dəfə artaraq 6 080 min dollar, idxalın həcmi isə 26 510,6 min dollar və ya 30,3% artaraq 113 992,4 min dollara çatıb.

2020-ci ilin yanvar ayında 107 912,4 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 23 201,3 min dollar və ya 27,4% çoxdur.

  • Əvvəlki

    Əmanətlərin tam sığortalanması imkanı başa çatır

Digər xəbərlər