USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təqsirinizi etiraf edin - BİZNES-KEYS 2

18.06.2018 İqtisadiyyat
0 0
Yaranmış neqativ vəziyyətə səbəb olan təqsiri gizlətmək, yoxsa etiraf etmək? Biznes tarixi göstərir ki, belə hallarda təqsirini etiraf edən şirkətlər də var, qeyri-səmimi açıqlamalarla səhvini inkar edən və ya buna bəraət qazandırmağa çalışanlar da. Faktlara görə, tez zamanda üzrxahlıq edən şirkətlər nüfuzunu potensial zərbədən qoruya bilib, bunu gizlədənlər isə böyük həcmdə ziyana düşüb və ya şirkət olaraq məhv olublar.

"Kommersant" bu dəfə təqsirini etiraf etməyən, mövcub problemlərinə haqq qazandırmağa çalışan iş adamlarına biznes tarixinə istinadən ibrətlik hadisələri təqdim edir.

2016-cı ildə "Samsung"u batareyalarının partlamasına görə günahlandırdılar. Bu partlayış hadisəsi bir dəfə olmuş təsadüfi olay deyildi, bir növ epidemiyaya çevrilmişdi. Hətta məsələ o qədər ciddi idi ki, "Note" modelinin təyyarə salonlarına buraxılması qadağan edilmişdi. Nəticədə şirkət, bu modelin satılmış 2,5 milyon ədədini geri çağırmalı oldu. Belə bir uğursuzluqdan sonra biznesin xilası mümkünsüz idi. Lakin 2017-ci ildə yeni "Samsung" modeli olan "Galaxy S8" üçün gələn sifarişlər bütün proqnozları alt-üst etdi. Beləliklə, təsadüfi bir səhv şirkətin nüfuzuna gözlənilməz böyük bir zərbə vurar. Bunun ardınca atılan düşünülmüş addım isə ümumi vəziyyəti xilas edə bilər. Yaranmış neqativ vəziyyəti mediaya "hər şey yaxşıdır" kimi qeyri-səmimi açıqlamalarla yox, günahı etiraf edib səhvləri düzəldərək uğur qazanmaq olar.

"Samsung" da belə etdi. "Missiyamızın əsası, təhlükəsiz və keyfiyyətli məhsul təklif etməkdir. Son zamanlarda biz bunu yerinə yetirə bilmədik. Üzr istəyirik". Bu sözlər "Samsung"un rəsmi üzrxahlığı idi.

Təqsiri qəbul etmək və baş verənləri izah etmək böhran vəziyyəti üçün yeganə doğru strategiyadır. Çünki insanlar səhvləri bağışlamağa hazırdırlar. Yalan və qeyri-səmimilik isə nə startap, nə də tarixi keçmişi olan şirkətlər üçün bağışlanmazdır. Bu yerdə ABŞ-ın "Equifax" kredit bürosunun tarixi qalmaqalını xatırlayaq. Burada, təhlükəsizlik sisteminin çökdüyü təxminən yarım il gizlədilmiş və mövcud neqativ halın aradan qaldırılması istiqamətində hər hansı tədbirlər görülməmişdi. Nəticədə 145,5 milyon nəfərin məlumatı ictimaiyyətə sızmışdı ki, bu da şirkətin nüfuzu üçün ölümcül zərbə idi.

Daha bir hadisə. 2016-cı ildə Amerikanın ən böyük banklarından biri olan "Wells Fargo"da 2 milyon qanunsuz hesab aşkarlanmışdı. Bankın CEO-su John Stumpf, ümumi vəziyyəti pisləşdirdiyinə və münaqişə vəziyyəti yaratdığına görə işçi heyətindəki bir neçə əməkdaşı günahlandırmışdı. Amma bu da yalnış idi. Çünki yaranmış neqativ vəziyyətin günahkarlarını axtarmaq həmin rəhbərin problem həll etmə iqtidarında olmamasına və bacarıqsızlığına dəlalət edir. Halbuki, belə vəziyyətdə kimlərisə günahlandırmaqdansa, ümumi təqsiri etiraf etmək və fəaliyyət gücünü yaranmış problemin həllinə yönəltmək lazımdır.

Nərmin Həsənli

  • Əvvəlki

    Yatırımların sahəsi də, istiqaməti də dəyişir

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0