USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aprelin 4-ə olan hava proqnozu - DUMAN OLACAQ

03.04.2019 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarına gəlincə, hava, əsasən, yağmursuz keçəcək, lakin bəzi qıraq qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

  • Əvvəlki

    "Diqlas"dakı sahibkarların borclarına güzəştlər tətbiq olunacaq - QƏRAR

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0