USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistan ilə iqtisadi əlaqələrin hansı riskləri var? - ŞƏRH

02.12.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev xalqa son müraciətində Azərbaycanın şərtlərini qəbul edəcəyi halda Ermənistanla iqtisadi əlaqələrin qurulmasını istisna etməyib.

Onun sözlərinə görə, regionda bütün iqtisadi və nəqliyyat əlaqələr bərpa oluna bilər:

"...Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı.

Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa”.

Qeyd edək ki, Ermənistan rəsmiləri 10 noyabr razılaşması fonunda iqtisadi əlaqələrin tezliklə qurulmasını arzu etdiklərini bildiriblər. İrəvanda hesab edirlər ki, Azərbaycan və Türkiyə ilə əlaqələr Ermənistan iqtisadiyyatını xilas edəcək.

Qaynarinfo xəbər verir ki, araşdırmaçı jurnalist Hafiz Babalı Ermənistanla iqtisadi əlaqələrin yaradılmasını indiki halda riskli sayır.

Onun sözlərinə görə, iqtisadi əlaqələrin bərpası düşmən ölkənin güclənməsinə gətirib çıxaracaq:

"Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu bu istiqamətdə tədqiqat aparıb, ictimai müzakirəyə çıxarmalıdır. Ermənistanla kommunikasiyaların açılması, bu ölkə ilə iqtisadi əlaqələri yaradılması hansı ölkəyə daha çox fayda verər? Təqdiqatın nəticələri digər yaxın benefisiarların, yəni Türkiyə, Rusiya, Gürcüstan və İranın faydalanma imkanları baxımından da qiymətləndirilə bilər və bəlkə də zəruridir.

Fikrimcə, Ermənistanın güclənməsinə gətirib çıxaracaq istənilən əməkdaşlıq formatı Azərbaycana yaxın 10 il ərzində ən müxtəlif aspektlərdən zərər verəcək.
Əsas arqumentlərim isə bunlardır:

- Ermənistanın postmüharibə dövründə bir nömrəli prioriteti hərbi sənaye kompleksinin modernləşdirilməsi və silahlı qüvvələrin yeni döyüş tələblərinə uyğun formatlanması;

- Dağlıq Qarabağın müstəqilliyinin tanıdılması üzrə xarici siyasət kursu;

- Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda saxlanılması və Ruiya ilə hərbi-siyasi müttəfiqliyinin gücləndirilməsi;

- Laçın dəhlizindən maneəsiz istifadə edən Ermənistanın Naxçıvanın kontinental Azərbaycanla nəqliyyat əlaqələrinin qurulmasına süni və legitim əngəllər yaratmaq potensialı (ekoloji, ətraf mühit, məskunlaşma və s.);

- "Üst Ermənistanın" - Diasporanın Ermənistanın daxili siyasətinə daha çox sirayət etməsi və bu kontekstdə Dağlıq Qarabağın erməni əhalisinin süni şəkildə artırılması, bölgədə "demoqrafik patlayışın" baş verməsi.

Erməni xislətini nəzərə alaraq bütün bu faktorlar nəzərə alınarsa, Ermənistanla münasibətləri yumuşaldarkən "kəmərləri boşaltmağa" tələsməyək, rəqibdən daha ciddi güzəştlər almağa çalışaq”.

Qaynarinfo

  • Əvvəlki

    İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0