USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TuranBank beynəlxalq müxbir əlaqələr şəbəkəsini genişləndirir

14.08.2025 Sərfəli Banklar
0 0
Müştərilərinə daha çevik və keyfiyyətli xidmət göstərməyi hədəfləyən TuranBank ASC xarici maliyyə institutlarında müxbir hesablar açaraq beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməyə davam edir.

Bu məqsədlə TuranBank Almaniyanın beynəlxalq ödəniş və hesablaşmalar sahəsində aparıcı banklarından hesab olunan LandesBank Baden- Wuerttemberg bankda avro valyutasında müxbir hesabı açaraq müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan və sürətli həyata keçirməsini təmin edəcək.

TuranBank-ın LandesBank Baden-Wuerttemberg bank ilə əldə etdiyi bu saziş beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, həmçinin bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir.

TuranBank

Bizimlə etibarlıdır ...

  • Əvvəlki

    Bitkoin rekord qıraraq 124 480 dollara çatıb

Digər xəbərlər