USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan ət idxalını azaldıb, ixracını isə artırıb

08.09.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 25,2 min ton ət idxal edilib.

Kommersant.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda ətin idxalına 55,1 milyon ABŞ dolları vəsait xərclənib.

Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 5,5 min ton və ya 18%, dəyər ifadəsi ilə isə 13,4 milyon ABŞ dolları, yaxud da 19,6% azalıb.

Hesabat dövründə ət idxalı ölkənin ümumi idxalında 0,40% paya sahib olub.

Eyni zamanda cari ilin ilk 7 ayında Azərbaycandan 773 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 430 min ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə 335,3 min ton ət, 1315,5 min ton süd, 1415,7 milyon ədəd yumurta, 13,7 min ton yun, 186,6 ton barama istehsal olunub. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,2%, ət istehsalı 1,2%, süd istehsalı 0,3 % artıb, yun istehsalı 3%, barama istehsalı 22,1% azalıb.