USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

30 ildə 15 dəfədən çox azalma: Çindən gətirilən 1 milyon tingin aqibəti necə oldu?

17.05.2023 İqtisadiyyat
25 10
"Ölkədə baramaçılığın son 30 ildə bu qədər geri getməsinin bir çox səbəbləri var".

Bu sözləri Kommersant.az-a baramaçılığın ləng inkişaf etməsi səbəblərindən danışarkən deyib iqtisadçı Eldəniz Əmirov deyib.

Səbəbləri sadalayan iqtisadçı bildirib ki, Sovet İttifaqı dövründə Azərbaycanda böyük ipəkçilik təsərrüfatı mövcud idi. SSRİ dağıldıqdan sonra iqtisadiyyatın bir çox sahələri, o cümlədən ipəkçilik sahəsi sıradan çıxdı:

“Şəkidə təkcə 12 min insanın işlədiyi Şəki İpək Kombinatı var idi. Bu gün SOCAR istisna olmaqla, 12 min insanın işlədiyi bir müəsisə yoxdur. Həmin müəssisə bütün SSRİ-dəki ən böyük müəssələrdən biri idi. Kombinatın dağılması təbii ki, bu sahədə istehsal həcminin azalmasına gətirib çıxaracaqdı".

Ekspert qeyd edib ki, daha sonrakı dövrlərdə bu kombinatın özəlləşdirilməsi ilə bağlı bir çox təkliflər oldu, lakin müxtəlif səbəblərdən gözləntilər özünü doğrultmadı:

"Hətta mən 10-15 il öncə sahibkarlardan eşitmişdim ki, özəlləşdirmə üçün Yaponiyadan, Çindən müraciətlər olub. Lakin bunun nə dərəcədə dəqiq olduğunu deyə bilmərəm. Sadəcə özəlləşdirmə prosesi ilə bağlı hansısa bir razılıq əldə olunmadı. İndi isə fakt odur ki, ipəkçilik ciddi şəkildə geri qalıb”.

Həmsöhbətimiz bildirib ki, 2017-ci ildə baramaçılığın və ipəkçiliyin inkişafına dair dövlət proqramı da təsdiq edilib:

“Azərbaycanda baramaçılığın tarixi də qədim dövrlərə gedib çıxır. Sadəcə hesab edirəm ki, bu sahəyə önəm verilməyib. Baramaçılıq elə bir sahədir ki, bu işlə məşğul olan insanlar 40 gün ərzində effektini görə bilirdilər. Çünki toxum cəmi 40 gün ərzində baramaya çevrilirdi".

İqtisadçı düşünür ki, bir çox sahələrdə olduğu kimi, baramaçılıqda da özəl sahibkarlığa önəm vermək lazımdır:

“İstər toxumun, istər tinglərin gətirilməsində sahibkarlara daha geniş meydanın verilməsi və şəraitin yaradılmasına ehtiyac var. Bu sahəni sahibkarlara vermək daha doğru olardı, nəinki dövlətin nəzarəti altında saxlayıbb, Çindən və ya başqa yerdən ağac tingləri gətirmək... Reallıq göstərir ki, sahibkarlar belə işlərdə daha çox maraqlı olur. Məsələn, dediyim dövlət proqramında 2025-ci ildə yaş baramanın 6000 tona çatdırılması düşünülürdü. Amma həmin vaxta qədər çatdırılacaqmı? Bu artıq zaman məsələsidir.

Dövlət proqramı çərçivəsində nə az, nə çox - Kənd Təsrrüfatı Nazirliyinin xətti ilə bir milyon ədəd Çindən Azərbaycana tut tingi gətirilib. Bu tingləri nazirlik deyil, sahibkarlar gətirməli, sahibkarlar da maraqlı olmalı idi. Bir qayda var, sonda nəticəni kim götürəcəksə, əvvəlcədən də onun işi başlamalıdır. Prosesdə maraqlı tərəf olmalıdr. Bir milyon ting əkildimi və ya hamısı yetişibmi, effektivdirmi? Bütün bunlar açıq suallardır. Hətta 38-40-a yaxın rayonda bu tinglər əkilib. Demirəm işlər görülməyib, görülüb, amma effektivlik həmin illərdə gözlənilən kimi deyildi. Nəqliyyat sektorunda dövlət, baramada dövlət və s. dövlət çox yüklənir. Ona görə hesab edirəm ki, mümkün qədər dövlətin iqtisadiyyatda rolunu azaldılması həm iqtisadiyyatın, həm də dövlətin özünə xeyirdir. Bir növ dövləti məsuliyyətdən azad edir və sahibkarları proseslərə daha maraqlı olmasını təmin edir”.

Qeyd edək ki, son 30 ildə barama istehsalı 15 dəfədən çox azalıb. Belə ki, 1992-ci ildə barama istehsalı 5222 ton, 2022-ci ildə isə 341,4 ton təşkil edib. Bir çox məhsulların istehsalı hətta 20-30 dəfə azalıb.

  • Əvvəlki

    Nikola Sarkozi həbs edildi

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0