TAP-ın 87%-i tamamlanıb

17.05.2019 Energetika
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) inşasına başlanılandan bəri 87% işlər yekunlaşıb.

“Kommersant.az” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.

Məlumata görə, indiyədək boruların 98%-i düzülüb, TAP-ın marşrutu üzrə Yunanıstan, Albaniya və İtaliyada 93%-dən çox torpaq bərpa olunub.

İtaliyada qəbuledici terminalda işlər uğurla davam edir.

TAP-ın kompressor və ölçü stansiyalarında işlərin 85%-dən çox tamamlanıb. Dənizaltı hissədə boruların quraşdırılması qrafikə uyğun davam etdirilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə təxminən 10,5%-ni qarşılayacaq.

Report

  • Əvvəlki

    Samir Şərifov: “907-ci düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər”

Digər xəbərlər

10.08.2019 Energetika
2 kəndə qaz verildi
0 0
10.08.2019 Energetika
Azərbaycan nefti bahalaşıb
0 0