USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il orta gündəlik neft hasilatı 769 min barel olub

09.09.2019 İqtisadiyyat
0 0
Azərbaycanda avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barel olub. Bunun 686 min barelini xam neft, 63 min barelini kondensat təşkil edib. Gündəlik 501 min barel xam neft, 59 min barel kondensat, 4,5 min barel isə neft məhsulları ixrac edilib.

Energetika Nazirliyindən "Kommersant.az"-a verilən məlumata görə, gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Məlumata əsasən, cari ilin yanvar-avqust aylarında ölkədə orta gündəlik neft hasilatı 769 min barel təşkil edib.

Energetika Nazirliyi avqust ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də "OPEC plus" üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

  • Əvvəlki

    Azərbaycanda yeni ödəniş sistemi - Artıq plastik kartlara ehtiyac qalmıyacaq

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0