USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondu Kaliforniyada daşınmaz əmlaka 50 mln dollar investisiya qoyacaq

10.07.2020 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlaka $50 milyon investisiya qoyuluşu həyata keçirəcək.

"ARDNF "Gaw Capital Partner" şirkəti tərəfindən idarə olunan "GAW US FUND III" fondu ilə birlikdə Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlaka müştərək investisiya qoyuluşunun həyata keçirilməsinə dair razılıq əldə edib. Birgə investisiyada ARDNF-in payına düşən kapital qoyuluşu $50 milyon təşkil edir", – deyə hesabatda bildirilir.

Sövdələşmənin həyata keçirilmə müddəti açıqlanmır.

31 dekabr 2019-cu il tarixinə ARDNF-in xaricdə daşınmaz əmlak alışına investisiya qoyuluşları $2 milyard 708 milyon 719,917 min məbləğində qiymətləndirilir.

(c)İnterfaks Azərbaycan

  • Əvvəlki

    Azərbaycan 30 ilin rekordunu əldə etdi

Digər xəbərlər