USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"OPEC hasilatı 300,000-600,000 barrel artırmağı müzakirə edir"

18.06.2018 İqtisadiyyat
0 0
Məsələyə dair məlumatlı mənbələrdən verilən məlumata görə, OPEC üzvləri, hasilatı qarşıdakı bir neçə ay ərzində gündəlik 300,000-600,000 barel aralığında artırmağı müzakirə edir.

"Kommersant" xəbər verir ki, bu barədə məlumatı Bloomberg yayıb.

İran, İtraq, Venesuella indiki kvotaların dəyişdirilməsinə qarşı çıxır. İran, OPEC və müttəfiqlərinin bu həftə Vyanada keçirəcəyi iclasda, Venesuela və İraqın, neft hasilatının artmasını istəyən Səudiyyə Ərəbistanı və Rusiyanın təklifinə qarşı çıxacağını bildirib.

Həmçinin məsələyə dair mənbələr, digər ölkələrdən rəsmilərin bu həftə Vyanada keçiriləcək iclasda nisbi mülayim artım məsələsində razılığa gəlmək məsələsində nikbin olduqlarını deyiblər.

OPEC və digər neft istehsalçısı ölkələrdən rəsmi şəxslər, istehsal sahəsindəki əməkdaşlığın daimi olmasına çalışırlar. Rusiya və OPEC arasında əlaqələrin güclənməsi, İran və Venesuelanın hasilatın artırılması məsələsində razı olmasılarına kömək edə bilər.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

  • Əvvəlki

    Azərbaycanda ictimai iaşə xidmətlərinin dövriyyəsi 5% artıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0