USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Araz çayı boyunca magistral qaz xətti çəkiləcək

27.01.2021 İqtisadiyyat
0 0
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi ilə bağlı işlərə başlanılıb. Artıq bununla bağlı ilkin layihələndirmə işləri həyata keçirilir”.

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
O qeyd edib ki, dövlətin müəyyən etdiyi proqram üzrə işlər davam etdirilir: "Həmin ərazilərə magistral qaz kəməri çəkilməlidir. Bununla bağlı hələlik layihə axtarış işləri gedir. Konkret hansısa işlərə başlanması vaxtı hələlik məlum deyil".
Baş direktor bildirib ki, ilkin mərhələdə Araz çayı boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur. Oradan isə Qarabağ rayonlarına və Dağlıq Qarabağa qaz xətləri paylanacaq:
"Bu, ilkin layihədir və ola bilər ki layihə dəyişə bilər. Artıq işğaldan azad olunan ərazidə köhnə qaz xətləri keçən yerlər müəyyən edilib və inventarlaşdırılıb. Magistral xətt çəkiləndən sonra tələbat müəyyənləşdiriləcək, hansı ərazidə sənaye müəssisələrinin olacağı dəqiqləşdiriləcək".
R.Əliyev əlavə edib ki, əhalinin yerləşdiriləcəyi ərazilər və bu ərazilərə görə tələbat müəyyən olunacaq.

  • Əvvəlki

    Azərbaycanda bankların aktivləri - AZALIB

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0