USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bahalaşma benzin və dizelin satışına necə təsir edib? - RƏSMİ

15.02.2021 İqtisadiyyat
0 0
Bu ilin yanvar ayında Azərbaycanda 172,1 milyon manatlıq benzin və dizel yanacağı satılıb.

"Kommersant.az" Dövlət Statistika Komitsinin məlumatlarına istinadla bildirir ki, benzin və dizelin satışı ötən ilin yanvar ayı ilə müqayisədə 12,1% azalıb. Benzin və dizelə xərclənən vəsait ümumi xərclərin 5,4%-ni təşkil edib.

Məlumat üçün bildirək ki, bu ilin yanvar ayının 5-dən Azərbaycanda "Aİ-92" markalı avtomobil benzininin satış qiyməti 10 qəpik artaraq 1 litr üçün 1 manat, dizel yanacağının satış qiyməti isə 20 qəpik artaraq 1 litr üçün 80 qəpik olub.

  • Əvvəlki

    Taksi xidmətinin keyfiyyəti niyə aşağıdır? - Ekspert

Digər xəbərlər