Ötən həftənin yekunlarına görə (16-20 sentyabr), ABŞ-ın neft ehtiyatları 2,41 mln. barel artaraq 419,57 mln. barel təşkil edib.
"Kommersant.az" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,249 mln. barel azalacağını proqnozlaşdırırdı.