USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ dolları kəskin ucuzlaşa bilər

27.09.2019 İqtisadiyyat
0 0
ABŞ dolları kəskin ucuzlaşa bilər

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) pul bazarında sabitlik yaratmaq üçün dövlət istiqrazlarını geri almaqda davam etsə, bu, dolların digər xarici valyutalar qarşısında məzənnəsini ən aşağı həddə salar.

EkoNews Report-a istinadla xəbər verir ki, bu proqnozla ölkənin maliyyə konqlemeratı - "Morgan Stanley"nin meneceri Hans Redeker çıxış edib.

Onun sözlərinə görə, söhbət təxminən 250 milyard dollarlıq alışdan gedir ki, bu da son nəticədə dollar indeksini bu ilin sonuna qədər 95 bəndə, gələn ilin sonuna qədər isə 91 bəndə endirə bilər. Hazırda sözügedən göstərici 99-100 bənd arasındadır.

Ekspertin fikrincə, FED həyata keçirdiyi pul siyasətinin məqsədlərinə çatmaq üçün dövriyyədə olan pul kütləsini 1,5 trilyon dollara çatdırmalıdır.

  • Əvvəlki

    Bank VTB (Azərbaycan) kiçik biznesə dəstək məqsədilə sərfəli şərtlərlə kredit təklif edir

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0