İspaniya dövlət borcunda rekord vurdu

14.06.2019 Maliyyə
İspaniya Mərkəzi Bankının açıqladığı 2019-un ilk rübünə dair məlumatlarda, ölkənin dövlət borcunun 1,2 trilyon avronu aşdığı qeyd edilib.
"Kommersant.az" xəbər verir ki, İspaniyanın dövlət borcu Ümumi Daxili Məhsulunun (ÜDM) 98,7%-nə bərabərdir. Dövlət borcu son 12 ayda 3,3 faiz artıb. İspaniya hökumətinin Avropa İttifaqına göndərdiyi 2019-2022 Sabitlik Proqramında 2019-cu il üçün dövlət borcunun ÜDM-ə nisbəti 95,8% olaraq nəzərdə tutulurdu. Digər tərəfdən, ABŞ-Çin ticarət müharibəsinin iqtisadi artım proqnozları üzrə yaratdığı qeyri-müəyyənliyin də təsiri ilə İspaniyada istiqraz faizlərində rekord azalma baş verib. İspaniyanın 10 illik istiqraz faizlərinin gəliri ilk dəfə 0,49%-ə qədər düşüb. Marja.az
VTB