“iPhone XS” 2 versiyada təqdim ediləcək

03.09.2018 Maliyyə
Təqdimata azsaylı günlər qalıb.

“Kommersant.az” xəbər verir ki, “Apple” səbrsizliklə gözlənilən yeni “iPhone” modellərini 12 sentyabr tarixində təqdim edəcəyini açıqladıqdan sonra bu gün yeni modellərlə bağlı məlumatlar yayılıb.

Belə ki, deyilənə görə “iPhone” ailəsinin yeni modeli olacaq “iPhone XS” 5,8 və 6,5 inç olmaqla iki fərqli versiyada təqdim ediləcək. Məlumatlarda 3 fərqli modelin satışa çıxarılacağı və onlardan birinin “iPhone X”in yenilənmiş variantı olacağı, üstəlik rəng çeşidinə qızılı rəngin də əlavə ediləcəyi bildirilib.

VTB