USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tarixdə ilk – Almaniya və Niderland hərbi internet yaradır

01.07.2019 İqtisadiyyat
0 0
Almaniya və Niderland tarixdə ilk hərbi internet yaradılması məqsədilə səylərini birləşdirmək qərarına gəliblər. Bu haqda “ZDNet” nəşri yazır.

"Kommersant.az" xəbər verir ki, müvafiq razılaşma Brüsseldə NATO ölkələri nazirlərinin iclasında Almaniya və Niderlandın müdafiə nazirləri Ursula fon der Lyayen və Ank Beyleveld arasında imzalanıb.

"Tactical Edge Networking" (TEN) adlandırılacaq yeni şəbəkə gələcəkdə bütün NATO ölkələrinin hərbi şəbəkələrini özündə birləşdirəcək.

TEN mənzil-qərargahı Almaniyanın Koblents şəhərində yerləşdiriləcək, texnoloji dizayn ilə isə niderlandlı mütəxəssislər məşğul olacaqlar. Şəbəkənin inkişaf etdirilməsinin dəyəri bir neçə milyon avro məbləğində qiymətləndirilir.

İctnews

  • Əvvəlki

    Bu İcra Hakimiyyəti xidməti avtomobil kimi yerli istehsal maşınlar alır

Digər xəbərlər