USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Facebook"dan 5,7 milyard dollarlıq yatırım: "Whatsapp"da yenilik olacaq

22.04.2020 İqtisadiyyat
0 0
"Facebook" şirkəti Hindistanın telekommunikasiya nəhəngi "Jio"ya 5,7 milyard dollar sərmayə qoyub.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkə nəhəngi bu şəkildə şirkət səhmlərinin 10 faizinin sahibi olub. "Facebook" sahibi olduğu "WhatsApp" mesajlaşma tətbiqinin gücünü "Jio" ilə birləşdirmək niyyətindədir.

Qeyd edək ki, Hindistan 400 milyon istifadəçi ilə "Facebook"un ən böyük bazarıdır.

  • Əvvəlki

    Elektrik xəttinin altında aparılan tikinti dayandırıldı - FOTO

Digər xəbərlər