USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektrik xəttinin altında aparılan tikinti dayandırıldı - FOTO

22.04.2020 İnşaat və Əmlak
0 0
Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) aprelin 21-də “Youtube” kanalında rayon ərazisində vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu haqqında təqdim edilən videomaterialla bağlı araşdırma aparıb.

RİH-dən bildirilib ki, vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində,Heydər Əliyev prospektində yerləşən dekorativ divarın yaxınlığında, yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında, dövlət mülkiyyətində və vətəndaşların ümumi istifadəsində olan torpaq sahəsi zəbt olunmuş və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparılmışdır. “ Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınmış, həmçinin “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3. bəndinin tələblərinə əsasən həmin işlərin dayandırılması vətəndaş H.Abbasova tövsiyə edilib.

Eyni zamanda RİH-dən bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu avtomobil və 2019-cu ildə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində iki otaqlı mənzillə təmin olunub.

  • Əvvəlki

    İnternet niyə kəsilmişdi? - Rəsmi açıqlama

Digər xəbərlər

28.03.2024 İnşaat və Əmlak
Bakıda bu evlər bahalaşıb
0 0