Daha 2 kredit ittifaqının lisenziyası ləğv edildi

01.05.2019 Qeyri Bank
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.

“Kommersant.az” xəbər verir ki, bunlar İmişli rayonundakı "Ağan" və "Real Aqroresurs" kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 51-dən 49-a düşüb.

Report