USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənubi Koreya ilə BƏƏ arasında strateji əməkdaşlıq sazişi imzalanıb

01.07.2025 Siyasət
0 0
Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) liderləri müdafiə, enerji, süni intellekt və qabaqcıl texnologiya sahələrində əməkdaşlığı gücləndirmək və strateji tərəfdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Yonhap-ın məlumatına görə, Cənubi Koreya prezidenti Li Jae-Myonq BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefonla danışıb.

Görüş zamanı liderlər iki ölkə arasında əməkdaşlığın “strateji və gələcəyə yönəlmiş” sahələrə qədər genişləndirilməsi ilə bağlı razılığa gəliblər.

İki lider Seul-Əbu-Dabi münasibətlərində müdafiə, silah sənayesi, enerji, süni intellekt və yüksək texnologiyalı sənaye sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Li həmçinin görüşdə Cənubi Koreya və BƏƏ arasında 2018-ci ildə qurulan “Xüsusi Strateji Tərəfdaşlıq”ın irəliləyişinə ümid etdiyini bildirib.