USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhali “Bank VTB”dəki əmanətlərini - GERİ GÖTÜRÜR

13.10.2023 Problemli Banklar
0 0
“Bank VTB”nin öhdəliklər cəmi də aktivlər cəmi kimi azalıb. Belə ki, bankın öhdəliklər cəmi ötən ilin sonu ilə müqayisədə 15 milyon 990 min manat və ya 10.10 faiz azalaraq 20 milyon 769 min manata enib.

Kommersant.az xəbər verir ki, bu azalmada əsas pay depozit portfelinin üstünə düşüb. Bankın depozit portfeli 23 milyon 12 min manat və ya 24.26 faiz azalaraq 71 milyon 839 min manata enib.

“Bank VTB”-yə pullarını əmanət edən hüquqi və fiziki şəxslər bankdakı vəsaitlərini geri çəkiblər. Fiziki şəxslər bankdakı əmanətlərinin 12 milyon 724 min manatını geri çəkərək depozitlərini 51 milyon 69 min manata endirib. Hüquqi şəxslər isə öz vəsaitlərinin 10 milyon 289 min manatını geri götürərək depozitlərini 20 milyon 769 min manata endiriblər.

  • Əvvəlki

    İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0