USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ASB 2023-cü ili belə yola verib - HESABAT

29.01.2024 Problemli Banklar
0 0
“Azərbaycan Sənaye Bankı” (qısaca - ASB) 2023-cü ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 3.14 faiz azalıb.

Kommersant.az xəbər verir ki, “Azərbaycan Sənaye Bankı”nın (qısaca - ASB) öhdəliklər cəmi 2022-ci ilin son ili ilə müqayisədə 2 milyon 633 min manat azalaraq 634 milyon 928 min manata düşüb. Bu azalmanın əsas səbəbi ASB-də bankların və digər maliyyə institutların depozitlərinin həcminin 15 milyon 322 min manat azalmasıdır.

ASB-nin fiziki şəxslərdən topladığı əmanətlər 43 milyon 102 min manat azalaraq 310 milyon 157 min manata düşüb. Hüquqi şəxslərdən toplanan əmanətlərin həcmi isə 52 milyon 74 min manat artaraq 148 milyon 488 min manata yüksəlib. Nəticədə bankın müştərilədən topladığı əmanətlərin həcmi 8 milyon 972 min manat artaraq 458 milyon 647 min manata çatıb.

Səhmdar kapitalını dəyişdirməyən ASB-nin bölüşdürülməmiş mənfəəti 4 milyon 667 min manat artaraq 49 milyon 380 min manata yüksəlib. Bankın ümumi ehtiyatları isə 407 min manat azalaraq 4 milyon 939 min manata enib. Nəticədə ASB-nin cəmi kapitalı 4 milyon 261 min manat artaraq 114 milyon 320 min manata bərabərləşib.

ASB

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

749.248

747.621

1.627

Kredit

256.472

241.596

14.876

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

5.473

5.508

-35

Xalis Kreditlər

250.998

236.088

14.910

Cəmi Öhdəliklər

634.928

637.561

-2.633

Depozit

458.647

449.675

8.972

Fiziki şəxslərin əmanətləri

310.157

353.259

-43.102

Hüquqi şəxslərin əmanətləri

148.488

96.414

52.074

Cəmi Kapital

114.320

110.059

4.261

Bölüşdürülməmiş mənfəət

49.380

44.713

4.667

Ümumi ehtiyatlar

4.939

5.346

-407

ASB 2023-cü ilin sonunda xalis mənfəətini 3.14 faiz və ya 166 min manat azaldıb.

Bankın faiz gəliri 8 milyon 115 min manat artaraq 33 milyon 189 min manata, faiz xərcləri isə 5 milyon 465 min manat artaraq 17 milyon 89 min manata yüksəlib. Buna görə də ASB-nin xalis faiz gəliri 16 milyon 95 min manat olub ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 2 milyon 714 min manat çoxdur.

Bankın qeyri-faiz gəliri 1 milyon 777 min manat artaraq 12 milyon 313 min manata, qeyri-faiz xərcləri 3 miyon 417 min manat artaraq 22 milyon 160 min manata yüksəlib. Nəticədə bankın əməliyyat mənfəəti 6 milyon 248 min manat olub ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 1 milyon 75 min manat çoxdur.

1 milyon 309 min manat vergi ödəyən ASB-nin xalis mənfəəti tutumlardan sonra 166 min manat azalaraq 5 milyon 119 min manata enib.

Qeyd edək ki, ASB-nin məcmu kapitalı 4 milyon 464 min manat artaraq 109 milyon 117 min manata yüksəlib.

ASB

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Faiz Gəliri

33.189

25.074

8.115

Faiz Xərci

17.089

11.624

5.465

Xalis Faiz Gəliri/Zərəri

16.095

13.381

2.714

Qeyri-Faiz Gəliri

12.313

10.536

1.777

Qeyri-Faiz Xərci

22.160

18.743

3.417

Əməliyyat Mənfəəti (Zərəri)

6.248

5.173

1.075

Xalis Mənfəət (Zərər)

5.119

5.285

-166

Məcmu Kapital

109.117

104.653

4.464

  • Əvvəlki

    Aİ Ukraynada silah oğurluğu ilə bağlı ədalətli araşdırmaya inanır

Digər xəbərlər