USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank”ın bu vəsaitləri 35.45 faiz azalıb

29.01.2024 Problemli Banklar
0 0
“Yapı Kredi Bank”ın (Azərbaycan) aktivlər cəmi 2022-ci ilin sonu ilə müqayisədə 32 milyon 933 min manat artaraq 514 milyon 860 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bu artımda əsas səbəb bankın müştərilərinə verdiyi kreditlərin 54 milyon 832 min manat artaraq 291 milyon 777 min manata yüksəlməsidir. Bu artım cəmi aktivlərin artımından 1.66 dəfə çoxdur. Çünki, bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin 1 il ərzində 60 miloyn 541 min manat və ya 35.45 faiz azalaraq 110 milyon 195 min manata düşüb.

“Yapı Kredi Bank”ın istehlak kreditləri 22 milyon 707 min manat artaraq 68 milyon 14 min manata, biznes kreditləri 19 milyon 717 min manat artaraq 188 milyon 882 min manata, ipoteka kreditləri isə 12 milyon 409 min manat artaraq 34 milyon 880 min manata yüksəlib.

Mümükün zərərlər üçün yaradılab məqsədli ehtiyatını 8 milyon 347 min manat azalaraq 29 milyon 868 min manata endirən bankın xalis kreditləri 261 milyon 909 min manat təşkil edib. Bu da 2022-ci ilin sonu ilə müqayisədə 63 milyon 180 min manat və ya 31.79 faiz çoxdur.

  • Əvvəlki

    Siluanov Rusiya və Belarusda vahid valyutanın tətbiqi planlarından danışıb

Digər xəbərlər