USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR

29.01.2024 Problemli Banklar
0 0
“Azərbaycan Sənaye Bankı”nın (qısaca - ASB) öhdəliklər cəmi 2022-ci ilin son ili ilə müqayisədə 2 milyon 633 min manat azalaraq 634 milyon 928 min manata düşüb.

Kommersant.az xəbər verir ki, bu azalmanın əsas səbəbi ASB-də bankların və digər maliyyə institutların depozitlərinin həcminin 15 milyon 322 min manat azalmasıdır.

ASB-nin fiziki şəxslərdən topladığı əmanətlər 43 milyon 102 min manat azalaraq 310 milyon 157 min manata düşüb. Hüquqi şəxslərdən toplanan əmanətlərin həcmi isə 52 milyon 74 min manat artaraq 148 milyon 488 min manata yüksəlib. Nəticədə bankın müştərilədən topladığı əmanətlərin həcmi 8 milyon 972 min manat artaraq 458 milyon 647 min manata çatıb.

  • Əvvəlki

    Naxçıvan Türkiyəyə elektrik enerjisi ixrac edəcək

Digər xəbərlər