“AccessBank” 2023-cü ilin ilk yarısına artımlarla başa vurub. Bankın məcmu kapitalı ötən ilin sonu ilə müqayisədə 2 milyon 382 min manat və ya 21.1 faiz artaraq 122 milyon 511 min manata yüksəlib.
Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “AccessBank”ın aktivlər cəmi 2023-ci ilin 6 ayına 148 milyon 450 min manat və ya 12.7 faiz artaraq 1 milyard 317 milyon 305 min manata yüksəlib. Bu artımda kredit portfelinin payı 84.7 faiz olub. Bankın meştərilərinə verdiyi kreditlər 125 milyon 718 min manat və ya 15.4 faiz artaraq 939 milyon 267 min manata çatıb.
İstehalk kreditlərinin həcmi 49 milyon 11 min manat artaraq 223 milyon 226 min manata, biznes kreditləri isə 76 milyon 776 min manat artaraq 710 milyon 793 min manata bərabərləşib. “AccessBank”ın daşınmaz əmlaka verdiyi kreditlər keçən ilin sonu ilə müqayisədə 69 min manat azalaraq 5 milyon 248 min manat olub.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 3 milyon 725 min manat artıraraq 37 milyon 705 min manat etdiyi üçün “AccessBank”ın xalis kreditləri 901 milyon 562 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 121 milyon 993 min manat və ya 15.6 faiz çoxdur.
“AccessBank”ın müştərilərindən topladığı depozitlərin həcminin artması bankın öhdəliklər cəminin artmasına səbəb olub. Belə ki, “AccessBank” fiziki şəxslərdən aldığı əmanətlərin həcmini 77 milyon 613 min manat artaraq 796 milyon 626 min manata çatıb. Biznesmenlərin əmanətləri isə 47 milyon 915 min manat artaraq 188 milyon 956 min manata yüksəlib. Nəticədə bankın depozit portfeli 985 milyon 582 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 125 milyon 528 min manat və ya 14.6 faiz çoxdur.
Buna görə də bankın öhdəliklər cəmi 127 milyon 768 min manat və ya 12 faiz artaraq 1 milyard 183 milyon 861 min manat olub.
Səhmdar kapitalını dəyişdirməyən “AccessBank”ın ümumi ehtiyatları 1 milyon 213 min manat artaraq 9 milyon 90 min manata bərabərləşib. Bankın yığılmış zərəri isə 19 milyon 469 min manat azalaraq 145 milyon 753 min manat olduğuna görə bankın kapital cəmi də ertıb. Belə ki, cəmi kapitalı 20 milyon 682 min manat və ya 18.3 faiz artaraq 133 milyon 444 min manat olub.
AccessBank
2023 (II Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
1.317,305
1.168,855
148,450
Kredit
939,267
813,549
125,718
İstehlak kreditləri
223,226
174,215
49,011
Biznes kreditləri
710,793
634,017
76,776
Daşınmaz əmlak kreditləri
5,248
5,317
-69
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
37,705
33,980
3,725
Xalis Kreditlər
901,562
779,569
121,993
Cəmi Öhdəliklər
1.183,861
1.056,093
127,768
Depozit
985,582
860,054
125,528
Fiziki şəxslərin depozitləri
796,626
719,013
77,613
Hüquqi şəxslərin depozitləri
188,956
141,041
47,915
Cəmi Kapital
133,444
112,762
20,682
Səhmdar kapitalı
270,107
270,107
0
Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)
-
-
-
Yığılmış zərər
145,753
-165,222
19,469
Ümumi ehtiyatlar
9,090
7,877
1,213
Məcmu kapital
122,511
101,129
21,382
“AccessBank”ın faiz gəliri ötən ilin eyni rübü ilə müqayisədə 26 milyon 235 min manat və ya 40.9 faiz artaraq 90 milyon 290 min manata, faiz xərcləri isə 7 milyon 494 min manat artaraq 34 milyon 363 min manata çatıb. Buna görə də bank 55 milyon 927 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin 2-ci rübü ilə müqayisədə 18 milyon 741 min manat və ya 50.4 faiz çoxdur.
Qeyri-faiz gəlirini 3 milyon 746 min manat artaraq 8 milyon 363 min manata, qeyri-faiz xərcləri isə 5 milyon 24 min manat artıran “AccessBank” yükunda əməliyyat mənfəəti əldə edib. Bankın sözügedən mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 17 milyon 463 min manat artaraq 24 milyon 418 min manat olub. Bu mənfəətdən 4 milyon 949 min manatı mümkün zərərlər üçün məqsədli ehtiyata ayrıldığı üçün “AccessBank”ın xalis mənfəəti 19 milyon 469 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 629 min manat çoxdur.
Qeyd edək ki, əldə olunan xalis mənfəətdən vergi xərcləri çıxılmayıb.