USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bu rayonlarında qaz olmayacaq - XƏBƏRDARLIQ

15.07.2025 İqtisadiyyat
0 0
Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Kommersant.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilir ki, Moskva prospektində siyirtmənin quraşdırılması, həmçinin “Bülbülə” qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 15.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrə Moskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonu üzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunur.