USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birləşmiş Krallıqdan Azərbaycana pul köçürmələri artıb

15.07.2025 İqtisadiyyat
0 0
Bu ilin birinci rübündə Azərbaycandan Birləşmiş Krallığa fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,971 milyon ABŞ dolları təşkil edib.

Kommersant.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 853 min ABŞ dolları və ya 12,5% azdır. 2024-cü ilin birinci rübündə Azərbaycandan Birləşmiş Krallığa fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,824 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə Birləşmiş Krallıqdan Azərbaycana 8,755 milyon ABŞ dolları həcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 473 min ABŞ dolları, yaxud da 5,7% çoxdur. Ötən ilin ilk üç ayında bu məbləğ 8,282 milyon ABŞ dolları idi.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Birləşmiş Krallığın payı 5,3% xaricdən ölkəyə pul köçürmələrində bu ölkənin payı isə 3,8% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

  • Əvvəlki

    Birinci yarımildə Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Digər xəbərlər

14.07.2025 İqtisadiyyat
Lirə dollara uduzmağa davam edir
0 0