USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsindən - AZAD EDİLDİ

20.05.2019 İqtisadiyyat
0 0
Bəzi kütləvi informasiya vasitələrində Türkiyədə müvəqqəti yaşayaraq Azərbaycana qayıdan ölkə vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat yayılıb.

"Komersant.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, X.Şabanovanın ölkəyə qayıtdığı tarixdə "Qırmız Körpü" gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub. Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların- ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

DGK qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə X.Şabanovaya təşəkkürünü bildirir", - deyə açıqlamada qeyd olunub.

  • Əvvəlki

    “Diqlas” bu tarixdə söküləcək

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0