USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

1160 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

10.04.2019 İqtisadiyyat
0 0
Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhidlərimizin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 700 şəhidin 1160 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Müvafiq vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.

Dövlət başçısının 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 6191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

  • Əvvəlki

    Dövlət Neft Fondundan Hesablama palatasının hesabatıyla bağlı açıqlama

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0