“Kredit faizləri çox yüksək, 25-30 faizdir” - Deputatdan irad

04.06.2019 İqtisadiyyat
“Sahibkar Sahibkarlığın İnkişaf Fondu (SİF) tərəfindən ona ayrılan krediti bankdan almağa acizdir və onu çox incidirlər. Kredit faizləri çox yüksək, 25-30 faizdir”.

"Kommersant.az" xəbər verir ki, bunu deputat Vahid Əhmədov “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransdakı çıxışında deyib. V.Əhmədov sual edib:

“Əgər banklar əmanəti 12 faizlə qəbul edirlərsə, əsasla həmin əmənatlər hesabına formalaşan krediti nə üçün 25-30 faizlə verirlər? Niyə bu gün banklar real sektora kredit qoymurlar? Çünki banklar daha çox pul alveri ilə məşğul olurlar. Banklarda bu hal mövcuddur. İndi çox şeyləri açıqlamaq istəmirəm. Yəni real sektorun inkişafı üçün bank-sahibkar münasibətləri düzəlməlidir”.

V.Əhmədov deyib ki, bu gün mülkiyyətin toxunulmazlığı təmin oluna bilinmir: “Bu gün istənilən icra başçısı sahibkarın əmlakına maneçilik törədə, başqasına verə bilər. Yüzlərlə belə şikayət alırıq. Mülkiyyət toxunulmazdır və konstitusiyada öz əksini tapıb. Təəssüf ki, real həyatda biz bunun şahidi olmuruq. Təklif vermişəm ki, mülkiyyətin toxunulmazlığı ilə bağlı ayrıca qanun qəbul olunsun”.

Banker.az

VTB