USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik vergi və gömrük güzəştlərinə dair sistem yaradır - Məsləhətçi axtarılır

05.07.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi açıq tender elan edir.

"Kommersant.az" xəbər verir ki, tender vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi"nin qurulması ilə bağlı texniki tapşırığın hazırlanmasından ötrü məsləhət xidmətlərinin göstərilməsi üçün bu sahədə böyük təcrübəyə malik şirkətlərin cəlb edilməsi məqsədilə keçirilir.

Tender təklifləri 26 avqust 2019-cu il saat 11.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün 2019-cu il iyulun 5-dən avqustun 25-i saat 10.00-dan 17.00-dək (fasilə saat 13.00-dan 14.00-dək) əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Şaban Abdullayevə müraciət etmək olar. Ünvan- Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1022, S.Vurğun küçəsi 135, III mərtəbə, 336-cı otaq Telefon- (99412) 404-46-99 (daxili 271); faks (99412) 404-47-20/21 E-mail- [email protected]

Tender proseduru 27 avqust 2019-cu il saat 11.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində (III mərtəbə, 338-ci otaq) keçiriləcək.

Tenderdə iştirak haqqı 300 manatdır.