USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn aydan bu şəxslərin - MAAŞI ARTACAQ

08.08.2019 İqtisadiyyat
0 0
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

"Kommersant.az"-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" qərarda müvafiq dəyişiklik edib.

Beləliklə, ali kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 220 manatdan 310 manata, 1-ci kateqoriya dövlət orqanlarında dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 210 manatdan 295 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 200 manatdan 280 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

  • Əvvəlki

    Qırğızıstanda vəziyyət gərginləşir - Sabiq prezidentin 1000-ə yaxın tərəfdarı paytaxta gəlir

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0