USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət koronavirusa görə bu tələbələrə də yardım edəcək

01.04.2020 İqtisadiyyat
0 0
Koronavirus pandemiyası səbəbiylə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr də nəzərə alınacaq.

"Kommersant.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikyaıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məruzəsində deyib.

Nazir bildirib ki, tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir:

"Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket Sizə ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir. Demək olar ki, bugünkü işlər bu mərhələdədir".

  • Əvvəlki

    Baş Nazir bu qərarın qüvvəyə minməsi tarixini dəyişdi

Digər xəbərlər