USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Notariusda təsdiqlənmiş müqavilələrdən imtina proseduru müəyyənləşib

20.06.2018 İqtisadiyyat
0 0
Notariusda təsdiqlənmiş müqavilələrdən imtina proseduru müəyyənləşib.

"Kommersant"ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə" qərarında əksini tapıb.

Beləliklə, müqavilənin bağlanılmasına üçüncü şəxsin ərizə əsasında verdiyi icazə (qabaqcadan verilmiş razılıq) müqavilə rəsmiləşdirilənədək, birinci ərizəni inkar edən yeni məzmunlu ərizə verməklə həmin şəxs tərəfindən səbəbləri göstərilməklə ləğv edilə bilər. Ərizədən imtina etmiş şəxs bu barədə maraqlı şəxslərə məlumat verməlidir. Ərizənin məzmununa münasibətdə verilmiş ikinci ərizədə əvvəlki ərizənin təsdiq edildiyi tarix, reyestr nömrəsi və notariat kontorunun adı göstərilməli, onu verən şəxs tərəfindən imzalandıqdan sonra bu sənəddə imzanın həqiqiliyi notariat qaydasında təsdiq olunmalı və "Elektron notariat" informasiya sistemində yerləşdirilməlidir.

Bu qayda notariat qaydasında təsdiq olunmuş digər ərizələrdən imtina edilməsi zamanı da tətbiq olunur.

  • Əvvəlki

    Mərkəzi Bank depozit hərracının nəticəsini açıqladı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0