USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BDU rektorunun daha bir müşaviri işdən çıxarılıb

12.04.2019 İqtisadiyyat
0 0
Bakı Dövlət Universiteti (BDU) rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri Çingiz İsmayılov vəzifəsindən azad olunub.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayevmüvafiq əmr imzalayıb. Coğrafiya üzrə elmlər doktoru, professor Ç.İsmayılov bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

Qeyd edək ki, əvvəllər BDU rektorunun 3 müşaviri olub. Ali məktəb rektorunun ümumi məsələlər üzrə müşaviri, kimya elmləri doktoru, professor İsmayıl Əliyev bir müddət əvvəl vəzifəsindən azad edilib. Hazırda yalnız bir müşavir – Məzahir Sultanov vəzifəsinin icrasını davam etdirir.