USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BŞİH-dən Bakı sakinlərinə - XƏBƏRDARLIQ

13.07.2019 İqtisadiyyat
0 0
Bir neçə gün öncədən proqnozlaşdırılan güclü külək hazırda Bakıda özünü göstərir.

Bakı Şəhər İcra Hakimiyyəti bu səbəbdən paytaxt sakinlərinə xəbərdarlıq edib.

BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu saatlardan etibarən başlayan güclü küləyə görə İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə Birlik gücləndirilmiş iş rejimdə çalışır: "Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçərkən diqqətli olmaları tövsiyə edilir.

Vətəndaşlardan xahiş olunur ki, aşan və ya qəzalı vəziyyətdə olan ağaclarla bağlı (+994 12) 570 73 30 nömrəli qaynar xəttə zəng edərək məlumat versinlər".

  • Əvvəlki

    İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Digər xəbərlər