USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Dövlət Departamenti Azərbaycan səhiyyəsini rüsvay etdi

13.03.2020 İqtisadiyyat
0 0
ABŞ Dövlət Departamenti Azərbaycan və Türkmənistanla bağlı xəbərdarlıq dərəcəsini artırıb. Səbəb qlobal koronovirus böhranı və bu iki ölkənin virusun geniş yayıldığı İranla əlaqələridir.

"Kommersant.az" xəbər verir ki, bu barədə qərar martın 6-da verilib, həyacan dərəcəsi 3 -ə qaldırılıb, bu da ən yüksək həyacandan bir dərəcə aşağıdır.

Dövlət Departamenti öz bəyanatında deyir ki, amerikalılar Azərbaycana səfər etmək qərarını nəzərdən keçirsinlər, bu zaman İrandan yayılan virusun əhəmiyyətli dərəcədə artmasını və Azərbaycan hökumətinin necə davranmasını nəzərə alsınlar:

"Azərbaycanda tibbi xidmət ABŞ standartlarına uyğun gəlmir. Bəzi yerlərdə sadə tibbi ləvazimatlar tapılmaya bilər. Amerikalılar səfərdən əvvəl bu amilləri və öz sağlamlıq durumlarını nəzərə alsınlar".

Azadlıq radiosu

  • Əvvəlki

    SOCAR-dan benzinin qiymətinin ucuzlaşması ilə bağlı - AÇIQLAMA

Digər xəbərlər