USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birinci sinfə qeydiyyat dayandırıldı

19.03.2020 İqtisadiyyat
0 0
Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.

Təhsil Nazirliyindən "Kommersant.az"-a verilən məlumata görə, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

  • Əvvəlki

    Azərbaycanda yeni neft yatağı kəşf olundu, adını “Qarabağ” qoydular

Digər xəbərlər