USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslər yenə çölə çıxsa, həbs ediləcək - Kamran Əliyev

03.04.2020 İqtisadiyyat
0 0
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə aprelin 5-dən adı xüsusi siyahıda olmayan vətəndaşlar evdən çıxmaq üçün öncədən icazə almalı olacaqlar.

"Kommersant.az" qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev İTV-də çıxışında bildirib ki, karantin qaydalarının pozulmasına görə dünəndən bəri 10 nəfər həbs edilib, 3566 nəfər cərimələnib:

"Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər həbs olunur.

İcazə almadan və icazəni təsdiqləmədən evdən çıxan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Dünən məsuliyyətə cəlb olunan 3566 nəfərdən hər hansı biri təkrar eyni xətanı törətsə, yəni icazə almadan evdən çıxarsa, artıq onu inzibati həbs gözləyir. Həmin şəxslər cərimə olunmayacaq, həbs olunacaq.

İcazə alınmadan çıxmaq üçün nəzərdə tutulan hallarla bağlı vətəndaşların əlində sənəd olmalıdır. Kimsə evdən çıxıb "məni polisə çağırıblar" deyib gedə bilməz. Mütləq çağırış sənədi göstərməlidir".

  • Əvvəlki

    Aprel Azərbaycanda pik nöqtə olacaq, əsas bu ayı keçirməkdir... - Professor

Digər xəbərlər